Smartfon şirkəti "Nothing" gələcəkdə Avropa, Yaxın Şərq və Asiya bazarlarından sonra "ABŞ"da yeni modelini təqdim edə bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Nothing Phone 1" unikal, parlaq şəffaf arxaya malikdir və "Apple iPhone SE" kimi orta səviyyəli cihazlarla rəqabət aparmaq üçün nəzərdə tutulub. Şirkət iyul ayında satışa çıxarılandan bəri 500.000 ədəd Phone 1 və 600.000 ədəd simsiz qulaqlıq satdıqlarını söyləyib. 2022-ci ildə 250 milyon dollar gəlir görəcəyini gözləyir ki, bu da əvvəlki illə müqayisədə on dəfə çoxdur.


Pei "Hazırda qazanc əldə etmirik. Məqsədimiz 2024-cü ildə gəlirli olmaqdır", deyib.