Merilend ştatının qubernatoru Larri Hoqan, Çin və Rusiyanın təsiri altında olan bəzi məhsul və platformaların istifadəsini qadağan etdiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dövlətin rəsmi işçilərinin "TikTok", "Kaspersky", "Wechat" və s. platformaları, çünki Rusiya və Çin məhsulları dövlət üçün qəbuledilməz kibertəhlükəsizlik riski yaradır və kibercasusluq, dövlət qurumlarının müşahidəsi kimi fəaliyyətlərdə istifadə oluna bilər. Merilend ştatının qubernatoru açıqlamasında şəxsi məlumatların düzgün toplanmadığını bildirib.


Larri Hoqan, "Şəxsi və milli təhlükəsizliyimiz üçün gündəlik həyatımızı dəstəkləyən kibertəhlükəsizlik zəifliklərindən daha böyük təhlükə ola bilməz" deyib.