Açıqlanacaq "ÜFE" məlumatları öncəsi "FED"in faiz artıracağına dair qeyri-müəyyənlik səbəbindən qızılın unsiya qiyməti bu gün məhdud yüksəlişdədir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "FED"in aqressiv sərtləşdirmə siyasəti və bu il dolların bahalaşması qızıla mənfi təsir edib. Son bir neçə gündə "FED"in faiz artımı yolunu yavaşlatacağı gözləntiləri ilə itkilərinin bir hissəsini geri qaytarıb. Dünən 0,1 faiz bahalaşan spot qızılın unsiya qiyməti bu gün 0,1 faiz artaraq 1773 dollar olub.


Platin və palladium yüksəlişdədir.