"PepsiCo" Şimali Amerikada yüzlərlə işçisini işdən çıxarır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "PepsiCo" Şimali Amerikadakı qəlyanaltı və içki bölmələrində yüzlərlə işçini ixtisar etmək qərarına gəlib. Qərar göstərir ki, ixtisarlar yalnız texnologiya və media şirkətləri ilə məhdudlaşmır. Qərargahı New-Yorkda yerləşən şirkət işçilərin ixtisarını “təşkilati sadələşdirmək” kimi qiymətləndirib.


Çips, qazlı içkilər və səhər yeməyi taxılları istehsal edən şirkət şirniyyat, qarğıdalı və kartof kimi mallara daha çox xərcləsə də, məhsullarına tələbatın güclü olduğunu və bu xərcləri müştərilərin ixtiyarına verdiyini bildirir.