"Avstraliya Ehtiyat Bankı" bazar gözləntilərinə uyğun olaraq siyasət faizini 25 baza bəndi artırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, verilən açıqlamada faiz dərəcəsinin 2,85 faizdən 3,10 faizə qaldırıldığı bildirilib. "RBA" son 8 iclasında tarifləri cəmi 300 əsas bənd artırıb. "RBA" bir daha vurğulayıb ki, onun prioriteti aşağı inflyasiyanın bərpası və onu 2-3 faiz aralığına qaytarmaqdır.


İdarə Heyəti, önümüzdəki dövrdə faiz dərəcələrini daha da artıracağını gözlədiyini, lakin bunun əvvəlcədən müəyyən edilmiş bir kursda olmayacağını qeyd edib.