Qlobal bazarlarda dollar bu il "FED"in aqressiv faiz artımlarına son qoyacağı gözləntiləri və Çin iqtisadiyyatının yenidən açılma planı ilə bağlı optimizmlə yüksəlişinin yarısından çoxunu geri qaytarıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Bloomberg Dollar Spot" indeksi 2022-ci ildəki 16 faizlik qazancının bir hissəsini qaytarıb və ilin əvvəlindən bu yana 7 faiz artıb. "ABŞ"da inflyasiyanın gözləniləndən çox yavaşlaması və "FED" sədri Jerome Powellin faiz artım tempinin aşağı düşəcəyinə işarə etməsi dolların qazanclarının bir hissəsini geri qaytarmaqda təsirli olub.