"İndoneziya Mərkəzi Bankı" bu rübdə Asiyada ən pis nəticə göstərən valyutanı dəstəkləmək üçün faiz dərəcələrini artırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İndoneziya bu rübdə Asiyada ən pis nəticə göstərən valyuta olan rupiyi dəstəkləmək üçün siyasət faizini 50 baza bəndi artıraraq 5,25 faizə qaldırıb. Bölgədə faiz artımı dövrünə başlayan son ölkələrdən biri olan ölkə avqust ayından bu yana cəmi 175 baza bəndi artımla region ölkələrini geridə qoyub. Bank bu il üçün artımın 4,5-5,3 faiz hədəf diapazonunun yuxarı bandına yaxın olacağını proqnozlaşdırıb.