Onlayn yığıncaqlarda istifadə üçün süni intellekt dəstəkli aparat məhsulları inkişaf etdirən bir təşəbbüs olan "Owl Labs", investisiya aldığını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət "C" seriyasının investisiya turunda 25 milyon dollarlıq investisiya alıb. "Owl Labs"ın 25 milyon dollarlıq investisiya raunduna "HP"nin investisiya bölməsi olan "HP Tech Ventures" rəhbərlik edib. İnvestisiya raundunda "HP Tech Ventures" ilə yanaşı, "Sourcenext", "Matrix Partners", "Spark Capital" və "Playground Global" şirkətləri də iştirak edib.