"Revo Capital"ın rəhbərlik etdiyi investisiya turunda iştirak edən digər şirkətlər "ABŞ"da yerləşən "Autotech Ventures" və "Jaguar Land Rover"in investisiya qolu olan "InMotion Ventures"dir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 30 milyon dollarlıq yeni sərmayə ilə "Bumper" təşəbbüsünün bu günə qədər ümumi investisiyası 101 milyon dolları keçib. "Bumper" "A" seriyasının ilk investisiyasını keçən ilin iyun ayında alıb. İlk mərhələdə 12 milyon dollar investisiya alan "Bumper", "A" seriyası investisiya turunu 30 milyon dollarlıq yeni sərmayə ilə 42 milyon dollarla bağlayıb.