"Sony", "metaverse" tətbiqləri ilə istifadə edilə bilən yeni bir hərəkət izləmə sistemi hazırladığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Mocopi" adlı hərəkət izləmə sistemi sayəsində istifadəçilər metaversedə öz avatarlarını olduqca asanlıqla izləyə biləcəklər. Kiçik ölçüləri sayəsində asan istifadə təklif edən "Mocopi", əsasən 6 hissədən ibarət olan bir aparat məhsuludur. Əlavə edək ki, "Mocopi" sensorları "AirTag" kimi dizayna malikdir. "Mocopi"dən istifadə etmək üçün sözügedən sensorları biləklərinizə, topuqlarınıza, başınıza yerləşdirməlisiniz. Etməli olduğunuz tək şey hərəkət etməkdir. Sensorları sayəsində hərəkətlərinizi təsbit edəcək "Mocopi", real vaxt rejimində metaverse tətbiqində hərəkətləri avatarınıza köçürəcək.


Bağlantı texnologiyası kimi "Bluetooth"dan istifadə edərək, "Mocopi" həm "iOS", həm də "Android" smartfonları vasitəsilə istifadə edilə bilər.