Yenilənmiş "Apple Replay"in ən maraqlı cəhətlərindən biri də istifadəçilərin dekabrın 31'nə kimi dinləmə vərdişlərinin necə dəyişdiyini izləyə biləcəkləridir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya nəhəngi ilk dəfə 2019-cu ildə yayımlanan "Replay"a da böyük bir yeniləmə gətirib. Yeni funksiyaların əlavə olunduğu "Replay"də ən yaxşı ifaçıları, mahnıları, albomları, janrları və dinlənilən ümumi dəqiqələri daha çox məlumat tələb edən, paylaşıla bilən şəkildə fərdiləşdirilmiş şəkildə tapmaq mümkündür. Həmçinin, bir sənətçi və ya janrın ilk 100-liyinə daxil olan pərəstişkarları onların reytinqlərini görə bilərlər. "Apple Replay"in ən maraqlı cəhətlərindən biri də istifadəçilərin dekabrın 31-dək dinləmə vərdişlərinin necə dəyişdiyini izləyə biləcəkləridir.


Belə bir xüsusiyyət "Spotify Wrapped" üçün mövcud deyil və bu, "Apple"ın "Replay" proqramını digər rəqəmsal musiqi platformalarından fərqləndirir.