Dünyanın bir çox insanlarını XX əsrdə kseroks və printer naşir etdi, XXI əsrdə isə internet hər bir istifadəçisini yayımçıya çevirir. Müstəqil teleproqram seçimi XX əsrdə tamaşaçı üçün arzu idi, onların seçimi ancaq pultda olan düymələr çərçivəsində idi, hansıları ki, hətta barmaqla saymağa ehtiyac yox idi.


Yeni əsr insanları arzuolunan internet azadlığına aparır. Əgər internet əvvəllər məlumat ötürmək üzərində qurulmuşdusa, hal-hazırda interneti ən böyük media mühit hesab etmək olar, həyatın demək olar bütün sahələrində «www» mühüm bir yer tutur. Saniyəbəsaniyə inkişaf edən beynəlxalq şəbəkə artıq “istifadəçi kimdir?” sualına yox, “istifadəçi kim olacaq və nəyə nail olmaq istəyir?” sualına cavab verir. Bir neçə ildir artıq dünyada, son zamanlar isə ölkəmizdə “internet tv” adət etdiyimiz televiziyalara, dərgilərə, qazetlərə və başqa KİV vasitələrinə müharibə elan edərək, sürətlə irəliləyir. eMarketer (www.emarketer.com) araşdırmaları müəyyən etmişdir ki, ABŞ əhalisinin 70%-i onlayn rejimində videoya üstünlük verirlər, onların 20%-i bunu hər gün edirlər. Statistikaya əsaslanaraq Avropa ölkələrində KİV-dən istifadə xeyli azalıb, araşdırmalardan müəyyən edilir ki, yaxin zamanda Avropa əhalisinin 74 faizi gündəlik informasiyanın alınması üçün internet şəbəkəsindən istifadə edəcək. Bu statistikanın təsdiqi üçün, “You Tube” misal çəkmək olar. “You Tube” dünyada ən vacib siyasi alətələrdən biridir. İstifadəçilər tərəfindən istifadə olunan trafikin böyük bir qismi “You Tube” payına düşür və sosial şəbəkə reytinqində bu portal birincilər siyahısındadır. Gündəlik video baxış sayı 3 mld.-ı ötür. Ölkəmizdə də bir necə ildir ki, ”internet tv” yaranıb və inkişaf etməkdədir. Beynəlxalq şəbəkədə yayımlanan tv-nin gələcəyi varmı, bunu bizə zaman göstərəcək. Hətta indi bu cür tv vasitəsinin üstün və mənfi cəhətlərini aşkar etmək olar. Ən böyük müsbət cəhəti azad seçim və istənilən sahə barədə geniş məlumatlara dəfələrlə baxıb və eşitmək olar. Mənfi cəhəti isə insanları dar ixtisas çərçivəsinə salır və dünya görüşünü azaltmağa xidmət edir. Müasir KİV və ya Beynəlxalq şəbəkə bu bəşəriyyətin gələcəyi üçün insanların seçimidir.