“Facebook” sosial şəbəkəsi istifadəçilərin şəxsi səhifələri (profil) üçün yeni dizayn hazırlayır. Yeni dizaynda bütün postlar sol hissədə, son aktivlik, dostlar bloku isə sağ hissədə yerləşəcək. Yeni dizayn, ehtimal ki, istifadəçilərin şikayətlərinə cavab olaraq hazırlanıb. “Facebook” nümayəndələri şirkətin doğrudan da yeni dizaynı sınaqdan keçirdiyini təsdiqləyib. Lakin o, hələ ki az istifadəçiyə əlçatandır. Onlar yeni interfeys haqqında məlumat verməyiblər.