Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 24-25 noyabr 2022-ci il tarixində ənənəvi VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” keçiriləcək.


İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.


Forumda “POST-COVİD dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1000-dən çox iştirakçının dinləyici kimi qoşulması nəzərdə tutulmuşdur.


Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.