"Goldman Sachs" analitikləri, yaxın 3-6 ayda dolların Asiya valyutaları qarşısında zirvəyə çatacağını gözlədiklərini bildiriblər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Goldman Sachs Group", dolların Asiya valyutaları qarşısında güclənməsi üçün zamana ehtiyac olduğunu, "FED"in gələcək 3-6 ayda faiz siyasəti ilə bağlı daha aydın mənzərənin ortaya çıxması ilə dolların gücünün zəifləyəcəyini bildirib. Danny Suwanapruti də daxil olmaqla analitiklər, "ABŞ dollarının pik nöqtəsinin vaxtını proqnozlaşdırmaq asan deyil, lakin yaxın 3-6 ayda "FED"in faiz dərəcələri ilə bağlı daha aydın mənzərə ortaya çıxanda bu, zirvəyə çatacaq" deyib.
Bank analitikləri vurğuladılar ki, ABŞ dollarının geri dönüşü, valyuta ehtiyatlarının artması və fond bazarına daxilolmalardan sonra istiqaməti dəyişən cari hesablar Yaponiya istisna olmaqla, Asiya valyutalarında trendi müəyyən edəcək.