"Immersive Gamebox" istifadəçilərə fiziki oyun otaqlarında immersiv təcrübələr yaşamağa imkan verir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, fiziki oyun otaqları təklif edən "Immersive Gamebox", borc maliyyələşdirməsinin bir hissəsi olaraq "Harlan Capital"dan 20 milyon dollar investisiya aldı. Will Dean və David Spindler tərəfindən qurulan "Immersive Gamebox" istifadəçilərə fiziki oyun otaqlarında immersiv təcrübələr yaşamağa imkan verir. 2-6 nəfərlik komandaların istifadə edə biləcəyi oyun otaqlarında oyunlar bütün divarda əks olunur. "Angry Birds" və "Squid Game" oyun otaqlarında nümayiş etdirilən oyunlar arasındadır.


Şirkət bu yeni investisiyadan növbəti 3 il ərzində "EMEA" regionunda 250 yeni məkan açmaq üçün istifadə edəcək.