Artıq Unibank-ın forex əməliyyatlarında ticarət aparan müştəriləri bankın 24/7 Sahil filialında 24 saat ərzində bu xidmətdən istifadə edə biləcəklər. Günün istənilən vaxtı, gecənin istənilən saatında 24/7 filialında yeni forex hesabları açmaq, mövcud hesablar ilə əməliyyatlar aparmaq mümkündür. Ən əsası da odur ki, forex hesabına mədaxil olunan məbləğ, dərhal müştərinin forex balansına yatızdırılır.

Filialda məxaric əməliyyatları da aparmaq mümkündür. Sadəcə olaraq, forex hesabı məhz Sahil 24/7 filialında açılmalıdır.

Ətraflı məlumat üçün Unibankın (012)117 müştəri xidmətinə zəng edin. Uniforex - beynəlxalq maliyyə bazarlarında bizimlə qazanın. Unibank - hər kəsin bankı!