"SoftBank Group", 2022-ci maliyyə ilinin birinci yarısında, aprel-sentyabr dövründə 895 milyon dollar zərər açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qrup, bazardakı qeyri-müəyyənliyi əsas gətirərək 2023-cü ilin martında başa çatacaq maliyyə ili ilə bağlı gözləntilərini açıqlamasa da, işçi qüvvəsinin yüzdə 30 azalacağını açıqlayıb. 6 aylıq dövrdə şirkətin satış gəlirləri 6,7 faiz artaraq 22,9 milyard dollara çatıb.