Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ötən il martın 17-dən bəri ilk dəfə 1 milyard manatı keçib.


Facemark.az "Report"a istinadən xəbər verir.


Məlumata görə, notların ümumi dəyəri ötən günlə müqayisədə 60 milyon manat artaraq 1 milyard 50 milyon manata çatıb.


Xatırladaq ki, AMB bu il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə faiz dəhlizinin aşağı həddi 4%-ə endirilib, dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 3,79 %, 4,19 %, 4, 41 % və 4,78 %-dir.