Almaniyada illik inflyasiya sentyabrda 10 faizdən oktyabrda 10,4 faizə yüksəldi ki, bu da 1951-ci ilin dekabrından bəri ən yüksək səviyyədir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Almaniya Federal Statistika İdarəsi" qiymət artımı ilə bağlı oktyabr ayı üzrə yekun məlumatı açıqlayıb. Müvafiq olaraq, sentyabr ayında yüzdə 10 olan illik inflyasiya oktyabrda yüzdə 10,4-ə yüksələrək 1951-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. 1951-ci ilin dekabrında inflyasiya 10,5 faiz olmuşdur. Ölkədə inflyasiya aylıq olaraq 0,9 faiz artıb. "Aİ"yə uyğun "TÜFE" də oktyabr ayında əvvəlki aya görə yüzdə 1,1, illik bazda isə yüzdə 11,6 artıb. Destatisin açıqlamasında yüksək inflyasiyanın əsas səbəbinin enerji məhsullarının kəskin qiymət artımı olduğu vurğulanıb.