“Twitter” mikrobloqlar xidmətində hər gün dərc edilən tvitlərin sayı 500 milyona çatıb. Bu, hər saniyə 8 min tvitin dərc edilməsi deməkdir. Bu barədə “Internet Advertising Bureau Engage” konfransı çərçivəsində “Twitter”in əsas icraçı direktoru Dik Kostolo bildirib. Hazırda “Twitter”in bazası 140 milyon aktiv istifadəçidən ibarətdir.