İlin ən ruhlandırıcı həftəsi olan "Brand Week İstanbul"un ilk günü sona çatıb. "Time to Reset" mövzusu ilə 9 fərqli salonda təşkil edilən panellərdə bir çox məşhur və mütəxəssis adlar iştirakçılarla bir araya gəlib. Zorlu PSM-də keçirilən tədbir noyabrın 11-dək davam edəcək.


Facemark.az media tərəfdaşı olduğu festivala istinadən xəbər verir.


Yeni tendensiyalar, dizaynda innovasiyalar və Türkiyənin gələcəyinin müzakirə edildiyi tədbirin ilk günündə Salesforce.com Rəqəmsal Lideri Vala Afşar, İqtisadçı Prof. Dr. Ufuk Akçigit, Eczacıbaşı Holdinq İdarə Heyətinin sədr müavini Faruk Eczacıbaşı, tarixçi prof. Dr. İlber Ortaylı, Siyasi Məsləhətçi və Beynəlxalq Öykü Dialoq Agentliyinin prezidenti Necati Özkan, Davranış üzrə alim və Nudgestock aparıcısı Tara Ostin, jurnalist Fatih Altaylı və aktrisa Zerrin Tekindor səhnədə yer alıb.


“Bir şəhəri necə yeniləmək olar? “Keçmişdən Gələcəyə Yaşayan Məkanlar” adlı paneldə çıxış edən Tarixçi Prof. Dr. İlber Ortaylı, “Türklər dəyişməyə son dərəcə açıq bir cəmiyyətdir. Hətta bizə barbar deyirlər, mən də buna görə çətinlik çəkirəm. Dəyişiklik və təşkilatlanma böyük keyfiyyətlərdir. Türk olaraq ən böyük dəyişikliyimiz dənizə uyğunlaşmaqdır. Biz tarixi prosesdə çox şeyə uyğunlaşdıq. Yazıya və dinə uyğunlaşdıq. Türklər dəyişikliyə uğrayan bir millətdir və biz dəyişə bilərik”, - deyə qeyd edib.


"Nə üçün yenilənmə zamanıdır?" adlı paneldə 2022-ci ilin noyabrında apardıqları yeni araşdırmanın nəticələrini təqdim edən Salesforces.com Rəqəmsal Lideri Vala Afşar “Marketinq Hesabatının Vəziyyəti” araşdırmasının nəticələrini izləyicilərlə bölüşüb. Bundan əlavə, marketinq liderlərinin sektora əlavə dəyərinin əhəmiyyətini vurğulayan Afşar, “Hər sektordan 6000 marketinq lideri ilə aparılan araşdırmaya görə, dünya səviyyəsində qitələrarası iqtisadi qeyri-müəyyənliyin olduğu görünür. Hətta bu iqtisadi qeyri-müəyyənlik şəraitində belə, marketinq liderlərinin sənayeyə əlavə etdiyi dəyər keçən il 77 faizdən bu il 87 faizə qədər 10 faiz artıb. Marketinq liderləri əlavə saatlar sərf edərək sənayeyə dəyər qatmağa çalışırlar”, - deyə qeyd edib.