"Microsoft", kapitalla konvertasiya edilə bilən istiqrazlar almaqla "Wemade"ə 14,8 milyon dollar sərmayə qoyub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin iyul ayında blokçeyn oyunlarına qoyulan investisiyalar 2021-ci ili 33 faiz üstələdi, texnologiya nəhəngləri isə bu investisiya turlarında görünməyə başlayıb. Cənubi Koreya mərkəzli "WeMade", yeni investisiya turunda 46 milyon dollar sərmayə aldığını açıqlayıb. İnvestisiya raundunda "Microsoft", "Shinhan Asset Managemen"t və "Kiwoom Securities" şirkətləri iştirak ediblər. "Microsoft", kapitalla konvertasiya edilə bilən istiqrazlar almaqla "Wemade"ə 14,8 milyon dollar sərmayə qoyub. Eyni üsulla "Shinhan" və "Kiwoom" da şirkətə müvafiq olaraq 21,2 milyon və 10,5 milyon dollar sərmayə qoyublar. Müəssisənin fəaliyyət sahəsi və "Web3" strukturu "Wemade", təxminən 20 il əvvəl bazarda yerini alan "The Legend of Mir" oyunu ilə tanınır.