Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır.


Facemark.az “Report”a istinadən xəbər verir.


Qeyd edək ki, aviareyslərin yerinə yetirilməsinə nə vaxtdan başlanacağı məlum deyil.


THY Lənkəranla yanaşı, Amerikada 5, Avropada 10, Asiya-Sakit okean regionunda 6, Afrika və Yaxın Şərq regionunda isə 7 istiqaməti marşrut hədəfi seçib.