"Apple"ın onlayn pərakəndə satış üzrə vitse-prezidenti vəzifəsində çalışan Anna Matthiasson və baş informasiya direktoru vəzifəsində çalışan Meri Dembi də şirkətdən ayrılır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətdən daha iki yüksək səviyyəli rəhbər ayrılır. Evans Hankeydən sonra "Apple"ın onlayn pərakəndə satış üzrə vitse-prezidenti vəzifəsində çalışan Anna Matthiasson və Baş İnformasiya Direktoru vəzifəsində çalışan Meri Dembi şirkətdən ayrılacaq. Onu da əlavə edək ki, paylaşılan məlumata görə, Meri Dembi təqaüdə çıxmaq qərarına gəlib və bu səbəbdən şirkətdən ayrılıb. Anna Matthiasson "Apple"ın onlayn mağazasına, Meri Dembi isə onlayn mağazanın texnoloji infrastrukturuna və digər "Apple" xidmətlərinə cavabdeh idi.