"Ümumi Daxili Məhsul" əvvəlki rüblə müqayisədə 2,6 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 4,5 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, birinci rübdə yüzdə 3,9, ikinci rübdə yüzdə 1,4 azalan Honq-Konq iqtisadiyyatı üçüncü rübdə də kiçilməyə davam edib. Honq-Konq iqtisadiyyatı sonuncu dəfə 2021-ci ilin son rübündə 4,8 faiz artım qeyd edib.



Hökumətin verdiyi açıqlamada, xarici iqtisadi şəraitin pisləşməsi və yeni növ koronavirus epidemiyası ilə bağlı tədbirlər nəticəsində sərhədyanı ticarətin pozulmasının ixraca mənfi təsir göstərdiyi vurğulanıb.
Üçüncü rübdə ixrac 15,5 faiz, idxal isə 16 faiz azalaraq ikinci rübdə də azalmanı davam etdirib.