Qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Facemark.az “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Hesabat dövründə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa liderliyi 95,8 milyon ABŞ dolları ilə “MKT İstehsalat Kommersiya” MMC edir.
Digər yerlərdə isə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (76,4 milyon ABŞ dolları), “Baku Steel Company” MMC (31,1 milyon ABŞ dolları), “Mors Trading” MMC (29,2 milyon ABŞ dolları), “Almeyvə” (28,4 milyon ABŞ dolları), “STP Alüminium” MMC (28,2 milyon ABŞ dolları), Şirinov Elvin Valeh oğlu (27,8 milyon ABŞ dolları), “P-Aqro” MMC (27,8 milyon ABŞ dolları), “Rose Servis” MMC (25,3 milyon ABŞ dolları), “Şimal AqroPark” MMC (23,7 milyon ABŞ dolları) qərarlaşıb.
Qeyd edək ki, siyahıdakı yeganə fiziki şəxs - Şirinov Elvin Valeh oğlu ixrac bazarına ilk dəfə iyul ayında daxil olub. Ötən il onun ixracı ümumiyytlə olmayıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə 453,7 milyon ABŞ dolları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC (146,3 milyon ABŞ dolları), “Azəralüminium” MMC (102,2 milyon ABŞ dolları), “AzerGold” QSC (73,5 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (50,5 milyon ABŞ dolları), “Azərenerji” ATSC (35,7 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (6,1 milyon ABŞ dolları), “Azəripək” MMC (1,3 milyon ABŞ dolları), “Geofizika və Geologiya İdarəsi” (0,8 milyon ABŞ dolları), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,7 milyon ABŞ dolları).