Facemark.az III Maliyyə və İnvestisiya Forumunun təşkilatçıları ilə müsahibəni təqdim edir!



1. Sabit bəy, ölkəmizdə III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumunun həmtəsisçilərindən biri də sizsiniz. Bu sahədə forum təşkil etmək ideyası necə yaranıb?


Bildiyimiz kimi, Maliyyə və İnvestisiya Forumu ilk dəfə 2017-ci ildə keçirilib. Ümümilikdə, forumun təşkilində əsas məqsəd holdinq şirkətlərini təmsil edən spikerləri, şəxsi biznesi olan sahibkarları, investorları, o cümlədən, hökumət qurumları yerli və xarici investisiya fondlarından olan nümayəndələri bir araya gətirməkdir. Həmçinin ölkədə maliyyə bazarlarının inkişaf imkanları, kapital bazarı sahəsinə dair müzakirələr keçirməkdir. Bir sözlə, forum biznesini, fəaliyyətini təkminləşdirmək, inkişaf etdirmək istəyən şəxslərin əsas ünvanıdır.


2. Maraqlıdır, bu il bizi nələr gözləyir, hansı yeniliklər olacaq?


Bizim 2017-ci ildə “Şəffaflıq və inkişaf”, 2018-ci ildə isə “Rəqəmsal Biznes Trendləri” devizi altında təşkil etdiyimiz forumların bəhrəsi özünü kifayət qədər göstərdi. II forumda da ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılmasını hədəflədik.


16 noyabr tarixində III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumu isə müəyyən yenilikləri və sürprizləri ilə yadda qalacaq. Bizim builki devizimiz “Gələcək üçün yenilən”dir. Əminik ki, foruma qatılanlar “əliboş” qayıtmayacaqlar. Onu da bildirmək istərdim ki, işğaldan azad edilən torpaqlarımızda da investisiya mühitini formalaşdırmağı planlaşdırırıq. Bununla bağlı artıq ilkin fikirlərimiz və razılaşmalarımız var.


3. Sizcə ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması üçün nələr edilməlidir? Hazırki vəziyyət sizi qane edirmi?


Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün ilk növbədə savadlı kadrların sayını artıraraq, onları uyğun istiqamətə yönləndirməliyik. Təbii ki, forumumuz da elə buna xidmət edir. İnvestisiya mühitinin yaxşılaşdırılması eyni zamanda dövlətin də öncəliyidir. Bu səbəblə də ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması üçün hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Nəticədə bu proses sahibkarlığın inkişafı üçün də zəmin formalaşdırır. Demək olar ki, maliyyə və digər resurslara çıxış imkanları artırılıb və bu da bizi müəyyən mənada qane edir.


4. Forumda iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?


Bu forumda 300-dən çox şirkətin 500-ə yaxın nümayəndəsi təcrübələrini geniş şəkildə paylaşacaq. Forum “İnvestisiya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi və hesabatlılıq” panellərindən ibarət olacaq. Forumun informasiya dəstəkçisi və təşkilatçısı olaraq “Admedia” agentliyi də biznes, maliyyə sahəsində özünü sınamaq, doğru strategiya təyin etmək, özünü inkişaf etdirmək istəyən şəxsləri foruma dəvət edir. Təqdimatlarını, elanlarını belə bir böyük auditoriyada sərgiləyəmək şirkətlər üçün əlçatandır və müraciətlərini edə bilərlər. Nəzərə alaq ki, dünya praktikasında da təsdiqlənib ki, sərgilər, tədbirlər, forumlar yeni fikirlər, imkanlar və yeni innovativ həllərlə bağlı maarifləndirici amil funksiyasını daşıyır. Bu baxımdan biz də yenilikçi və praktiki yanaşmalarla sahibkarlara imkanlar yaradırıq. Gəlin, siz bizdən, biz də sizdən öyrənək!


Tarix və ünvanı bir daha xatırladıram - 16 noyabr “Baku Marriott Hotel Boulevard” hər birinizi gözləyirik.



5. Emin bəy, ölkəmizdə III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumunu digər forumlardan nələr fərqləndirir?


Qloballaşan dünyada baş verən yeni tendensiyalar əsas verir ki, ölkəmiz bu yeniliklərdən kənarda qalmasın. Belə olduğu təqdirdə ictimaiyyət və biznes mühitinin maliyyə savadlılığının artırılması yeni dəyişikliklərdən xəbərdar olması bizim üçün prioritet məsələdir. Komandamız ilə birlikdə bu missiyanı özümüzə amal tutaraq yenidən ölkəmizdə Qafqazın ən böyük maliyyə və investisiyalar forumunu təşkil etmək qərarına gəldik. Əsas fərqləndirici xüsusiyyətlərimiz:


1. Yeni invesitisayaların ölkəmizə cəlbini sürətləndirmək
2. Qurumlar arasında iş əlaqalərini genişləndirmək
3. Qüvvədə olan qanunvericilik aktları ilə bağlı iş adamlarını məlumatlandırmaqdır.


6. Belə bir forumu üçünçü dəfə keçirməyin riskləri nələrdir?


FIF2022 bizə yenilikləri ilə gəlir. Bu yeniliklərdən kənarda qalmamaq və daima innovativ olmaq istəyən şəxslər bizimlə forumda olacaqlar. Forumu III dəfə keçirtməkdə məqsədimiz bundan ibarətdir. Düşünürəm ki, bu forum ölkəmizin və dövlət rəhbərliyimizin siyasətini tam əhatə edəcək. Məhz bu səbəblərdən forumun III dəfə deyil, hər il keçirilməsini təmin etmək məqsədimizdir.


7. Ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. Maliyyə və İnvestisiya Forumuna maraq nə dərəcədədir?


İqtisadi inkişafın təmin etdirilməsi yalnız dövlətin deyil, eyni zamanda, biz iş adamlarının da vəzifəsidir. Məhz bu səbəbdən biz bu forumu keçirdirik. Ölkəmizdə mühasibatlıq və vergi sahəsində müxtəlif konfrans və forumlar keçirilir. Lakin biz dünya və ölkəmizin top menecerlərinin qatılacağı yeni iş və investisiya imkanlarının yaranacağı forumu keçirdəcəyik.


8. Forumda iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?


Foruma qatılacaq iş adamları, şirkət rəhbərləri və digər bu sahəyə maraqlı olan şəxslərə bildirmək istəyirəm ki, sizi çox maraqlı təşkil olunmuş forum gözləyir. Bu forumda siz öz suallarınızı dünyanın və ölkəmizin top maliyyə və investisiya üzrə menecerlərinə birbaşa ünvanlaya və onlarla dialoq qurma və işiniz haqqında məlumat vermə şansını əldə edəcəksiniz.



9. Niyazi bəy, Maliyyə və İnvestisiya Forumunun yerli şirkətlərə və ümumillikdə ölkə iqtisadiyyatına nə kimi faydaları olacaq?


Düşünürəm ki, Maliyyə və İnvestisiya Forumunun ölkə iqtisadiyyatına böyük faydası olacaqdır. Maarifləndirmə xarakteri daşıyan forum dövlət və özəl sektor arasında, o cümlədən, maliyyə və investisiya şirkətlərini özündə cəmləşdirən əhəmiyyətli bir hadisədir. Artıq III dəfədir ki, bu sahədə forum keçiririk. Forumda qabaqcıl beynəlxalq və yerli bankların, investisiya şirkətlərinin, startapların inkişafına yatırım edən şirkətlərin və requlyator dövlət orqanlarının nümayəndələri çıxış edərək dünyada və Azərbaycanda baş verən maliyyə və investisiya hadisələri haqqında fikir mübadiləsi aparılacaqlar. İştirak edən şirkətlər isə onları maraqlandıran suallarını səsləndirir, sahibkarlar, investisiya axtaranlar, maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar öz bilik və bacarıqlarını inkişaf etdirir, investor axtaranlar isə yeni tanışlıqlar əldə edərək forumdan faydalanırlar. O cümlədən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və digər Mərkəzi Bank kimi orqanların nümayəndələri qanunvericilikdə, tənzimləmələrdə baş verən son dəyişikləri auditoriya ilə paylaşacaqlar.


10. Forum zamanı neçə panel və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?


Forum “İnvestisiya strategiyaları”, “Vergi və hesabatlılıq”, “Maliyyələşmə strategiyaları” panellərindən ibarət olacaqdır. Spikerlər maliyyə, investisiya, vergilər, hesabatlılııq və mühasibatlılıq sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətin nümayəndələridir. Xarici spikerlər isə öz sahələri üzrə beynəlxalq təcrübədə əhəmiyyətli rol oynayan şirkətlərin nümayəndələridir və onlar arasından seçim edilir. Xarici spikerlər arasında bu il Asiya İnkişaf Bankının , SOCAR Türkiyənin Neft emalı və Neft Kimya qrupunun maliyyə rəhbərini cəlb etmişik. Yerli spikerlərə gəldikdə isə investisiya şirkətlərindən “PAŞA Kapital İnvestisiya Şirkəti” , "AzFinans İnvestisiya Şirkəti", requlyator orqanlardan isə Mərkəzi Bank, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) nümayəndələri forumda spiker olaraq çıxış edəcəklər. Əlavə olaraq qeyd etmək istəyirəm ki, şirkətlərdən əlavə, aparıcı konsaltinq şirkətləri də iştirak edəcək. "Baker Tilly", "KMPG", "PwC" kimi beynəlxalq konsaltinq və audit şirkətlərinin nümayəndələri forumda çıxış edərək öz təcrübələrini bölüşəcəklər. Vergilər Nazirliyinin nümayədəsi sahibkarları və iş adamlarını maraqlandıran vergiqoyma ilə bağlı problemlərə dair sualları cavablandıracaq.


11. Hazırki dövrdə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması üçün nələr edilir və hansı tədbirlər görülməlidir? Birbaşa xarici investisiyaların cəlb edilməsi yollarını nədə görürsünüz?


Dövlət səviyyəsində xarici investisiyaların cəlb olunması ilə bağlı işlər aparılır. Eyni zamanda, özəl sektor da bu sahədə fəal olmalıdır. Azərbaycana maliyyə və investisiya cəlb etmək üçün maliyyə institutları var. Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı mötəbər təşkilatlardır. Forumda da Asiya İnkişaf Bankının manila ofisinin nümayəndəsi spiker olaraq çıxış edəcəkdir. Azərbaycana xarici investisiya qoyulması istiqamətində hansı işlər görülür və gələcəkdə hansı işlər görülə bilər haqqında məlumatlar verəcəkdir. Düşünürəm ki, azad iqtisadi zonaların yaradılması, vergidən azad zonaların yaradılması xarici investisiyaların cəlb edilməsi istiqamətində maraqlı bir addımdır. Eyni zamanda, aqro sektorda da potensial böyükdür. Bu sahəyə də xarici investorların cəlb edilməsi üçün böyük imkanlar var.


12. Forumda iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?


Forumda iştirak etmək istəyənlər üçün demək istəyirəm ki, forumda həm maraqlı tanışlıqlar, həm maliyyə, vergilər, hesabatlılıq, sistem quruculuğu sahəsində dünyada və Azərbaycanda baş verən ən müasir trendlər, layihələr haqqında faydalı müzakirələr bizi gözləyir. İştirak edəcək olan hər kəs ölkənin aparıcı şirkətlərininin peşəkar rəhbər vəzifəsində olan şəxslərə suallarını ünvanlaya biləcəklər. Onların çıxışları timsalında ölkədə və dünyada baş verən ən son yenilərlə tanış olacaqlar. Fasilələr zamanı spikerlərlə tanış olma, yeni tanışlıqlar və iş imkanları əldə edəcəklər. Hər kəsi Maliyyə və İnvestisiya Forumuna dəvət edirik, düşünürəm ki, hamımız üçün çox faydalı bir gün olacaq!



13. Rafiq bəy, artıq uzun illərdir ki, komandanızla birlikdə müxtəlif forum və konfransların təşkilatçılığını uğurla həyata keçirirsiniz. Bu il III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumu nələr vəd edir?


Biz təşkilati komanda olaraq hər il yenilikləri ciddi təqib edirik. Bunun üçün xarici tədbirlərdə aktiv iştirak edirik. Həm xarici təcrübəni, həm də yerli xüsusiyyətləri yaxşı bildiyimiz üçün artıq proseslərimiz tam avtomatlaşıb. Bu sahədə irəlidə Facemark olaraq da bir çox yeniliklərimiz olacaq. FIF2022 bu baxımdan bu il zəngin olacaq. Onu deyə bilərəm ki, hər ötən il kontent ağırlığımız daha sürətlə artır. Rahatlıqla deyə bilərik ki, III Maliyyə və İnvestisiya Forumu ölkənin bu sektor üzrə bu il də gündəmi olacaq. Bunu seçdiyimiz mövzular, seçilən spikerlərə baxanda da hiss etmək olur.


14. Forumun sloqanında “Gələcək üçün yenilən” deyirik. Bəs bu yenilənmə üçün nələr edirik və nələr etməliyik? Ümumiyyətlə, bu yenilənməyə hazırıqmı?


Yenilənməyə hazır olmaq deməzdim, məcbur olmaq deyərdim. Bugünün biznesləri yenilənmək məcburiyyətindədirlər. Əksi ancaq geri aparır. Biz də bu səbəbdən gələcək yenilən deyib sonda da nida işarəsi qoyuruq ki, yəni başqa yolumuz yoxdur.


15. III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumundan gözləntiləriniz nələrdir? Hazırda təşkilati işlər hansı mərhələdədir?


Biz təşkilati məsələlərə 3 ay öncədən başlayır və forumdan sonra 2 ay müddətində də davam edirik. Yəni toplam 5 aylıq hazırlıq dövründən söhbət gedir. Hazırda demək olar ki, ümumi işlərimizin 60-70%-i tamamlanıb. Yuxarıda da dediyim kimi forumun ideyası yaranan andan bizim hərəkət planımız olur və o planda biz, məsələn, 4 ay 3 gün sonra harada, nə, niyə edəcəyimizi öncədən planlayırıq. Belə etməsək, il ərzində 11 tədbir keçirmək mümkün olmazdı yəqin ki.


16. Facemark MMC olaraq il sonunadək hansı forumları həyata keçirməyi planlaşdırırsınız? Keçirilən forumların sizcə, sahibkarlıq fəaliyyətində, ölkə iqtisadiyyatında rolu nədən ibarətdir?


Birmənalı olaraq forumlar ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bu həm şirkətlərlə dövlət arasında səmimi, faydalı dialoqun yaranmasına, həm də şirkətlərarası effektiv müzakirə və netvörkinq platforması deməkdir. Eyni zamanda sahibkarlar, top menecerlər üçün də özünü ifadə etmə məkanıdır. Bizim bir-birimizin təcrübələrindən öyrənməyə çox ehtiyacımız var.


17. Digər forumlarda maraqla qarşılanan “Xalqın spikeri” formatı, bu forumda da olacaqmı?


Bu forumda onu etməmək qərarına gəldik. Ötən forumda pilot məqsədli etmişdik. Uğurlu da oldu.


18. Sizcə, hazırki dövrdə insanlar nəyə yatırım etməli və hansı biznes sahələri ilə məşğul olmalıdırlar?


Bu suala birmənalı cavab vermək çətindir. Ümumən deyə bilərəm ki, ənənəvi sektorlar cəlbediciliyini get-gedə itirir. İndi innovativ, texnoloji bizneslər, həmçinin alternativ enerji mənbələri ilə bağlı sahələr daha çox maraq doğurur və gələcək də ona doğru gedir deyə bilərəm.


19. Forumda iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?


İmkan olduqca bu tip forumlarda aktiv iştirak etmək lazımdır. Daha öncə də dediyim ki, il ərzində yığılıb qalmış problemlərin müzakirəsi, səmərəli iş əlaqələrinin qurulması və yeniliklərdən xəbərdar olmaq adına çox faydalıdır. Bizim bu il forum nəticələrinə dair xülasə nəşrimiz də olacaq. Onu daha sonra aidiyyatı strukturların müzakirəsinə də verməyi düşünürük. Beləliklə, həllə yönəlik fəaliyyət göstərmək niyyətindəyik.



İlin ən böyük maliyyə və investisiya forumuna dəvətlisiniz!


Bilet sifarişi üçün:
????+994 51 233 47 57
????16 noyabr | 09:00-18:00
????Baku Marriott Hotel Boulevard