“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemi (ƏS) üçün “Skype” proqramını elan edib. Həm “Windows 8”, həm də “Skype” oktyabrın 26-da istifadəyə veriləcək.

Proqramı “Windows Store”-dan yükləmək mümkün olacaq. “Windows 8” ƏS-də “Skype” daima fon rejimində işləyəcək. Əgər digər proqram işlək vəziyyətdədirsə, o zaman istifadəçi yeni mesaj aldıqda və ya ona zəng edildikdə ekranın küncündə bu barədə xəbərdarlıq görəcək.Qeyd edək ki, “Skype” IP telefoniya xidməti 2011-ci ildən etibarən “Microsoft” korporasiyasına məxsusdur.