Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanın qaz hasilatı ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb.
Facemark.az "APA-Economics"əistinadən xəbər verir ki, Agentliyin bəlli olan siyasət ssenarisinə uyğun olaraq (STEP- Stated Policies Scenario) 2030-cu ildə Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq, 2050-ci ildə isə 24 milyard kubmetrə qədər azalacaq.
IEA-nin elan edilən vədlər ssenarisinə uyğun olaraq (APS-Announced Pledges Scenario) Azərbaycanın qaz hasilatı üzrə 2030-cu il proqnozu ilə eyni olsa da, 2050-ci il üzrə 5 milyard kubmetr artıq, yəni 29 milyard kubmetr müəyyən edilib.