"Braziliya Mərkəzi Bankı" uçot dərəcəsini dəyişməyərək 13,75 faiz səviyyəsində saxlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Braziliya Mərkəzi Bankı" altı ilin pik səviyyəsində olan siyasət faizini ardıcıl ikinci dəfə sabit saxlasa da, iqtisadi artımın yavaşladığını, lakin inflyasiyanın yüksək olaraq davam etdiyini bildirib.
Mərkəzi Bankın “Copom” adlı pul siyasəti şurası uçot dərəcəsini 13,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib.
İqtisadçılar faiz dərəcəsinin 13,75 faiz səviyyəsində sabit qalacağını gözləyirdilər.