"YouTube" reklamların sayını 2-dən 5-ə çatdırıb.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "YouTube Premium" istifadəçiləri proqramdan istifadə edərkən heç bir reklama məruz qalmırlar. "Premium" abunəçi olmayan istifadəçilər üçün vəziyyət bir az fərqlidir. Videolara baxarkən tez-tez reklamlarla qarşılanan "YouTube" istifadəçiləri artıq daha çox reklama məruz qalacaqlar.


Sentyabr ayından etibarən reklam sayını artıran "YouTube" videonun əvvəlində 2 reklam əvəzinə 5 reklam oynatmağa qərar verib. Sosial mediada diqqət çəkən qərar icra olunmağa başlayıb. "YouTube", "YouTube Premium"a abunə olmaq qərarından əsəbiləşən istifadəçilərə tövsiyə edir. Türkiyədə "YouTube Premium" üzvlük haqqı hazırda ayda 16,99 TL-dir.


Bildirilir ki, “YouTube” istifadəçilərə reklamlar tətbiq etməklə istifadəçiləri "Premium" abunə olmağa məcbur edib.