“Microsoft”a məxsus olan “GitHub”ın aktiv istifadəçilərinin sayı 90 milyonu, təkrarlanan illik gəliri isə bir milyard dolları ötüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən məşhur kod saxlama platformalarından biri olan “GitHub” 2018-ci ildə “Microsoft” tərəfindən 7,5 milyard dollara alınıb. Üçüncü rüb üçün balans hesabatını açıqlayan “Microsoft” , “GitHub”ın təkrarlanan illik gəlirinin bir milyard dolları keçdiyini açıqlayıb. Məlumdur ki, “GitHub” alınarkən “ARR” dəyəri təxminən 300 milyon dollar idi.


“Microsoft” həmçinin “GitHub”un aktiv istifadəçilərinin sayının 90 milyona çatdığını açıqlayıb. Alınma prosesində bu rəqəm 28 milyon civarında olub.


Məlumdur ki, “GitHub”un “Microsoft” tərəfindən alınması zamanı o, “Google” ilə də görüşüb, lakin “GitHub” qurucusu “Chris Wanstrath”ın “Microsoft”un baş direktoru “Satya Nadella” ilə yaxınlığı səbəbindən “Microsoft”üstünlük verilib.