Dünyanın ən əhəmiyyətli Müdafiə, Aviasiya və Kosmos Sənayesi sərgilərindən biri olan SAHA EXPO İstanbul Sərgi Mərkəzində 50-dən çox ölkədən 250 xarici şirkət və ümumilikdə 1000-ə yaxın şirkətlə öz qapılarını açıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, SAHA Expo baş katibi İlhami Keleş etdiyi şərhdə sərginin oyun dəyişdirici, innovativ və Türkiyənin marka dəyərinin ön plana çıxdığı texnologiyalar üçün beynəlxalq arena olduğunu bildirib.


Yarmarkaya 57 ölkənin qatıldığını qeyd edən Keleş, xarici iştirakçılar arasında baş nazir, baş qərargah rəisləri, nazir müavinləri və müşavirə statuslu məmurların olduğunu bildirib.