Tvitterin yeni funksiyası platformaya hərəkət gətirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Tvitterin eyni zamanda tvitlərə foto, video və GIF əlavə etməyə imkan verməsi istifadəçilərin əyləncəsinə çevrilib. Tvitter bu ayın əvvəlində tvitlərə eyni vaxtda videolar, fotoşəkillər və GIF-lərin əlavə oluna biləcəyini bildirib. Bir müddətdir Tvitterindən tələb olunan bu xüsusiyyət istifadəçiləri qane etməklə yanaşı, platformadan yeni istifadə üsulunu da ortaya qoyub. İstifadəçilər müxtəlif media məzmunlarını birləşdirərək tapmacaya bənzər internet “mem”ları yaratmağa başlayıblar.