"Netflix" reklam edilən və daha sərfəli abunə planının hansı məhdudiyyətlərlə gələcəyini və onun istifadəçilərə təqdim olunacağı tarixi açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu plana üstünlük verən istifadəçilərin lisenziya şərtlərinə görə bütün məzmunu izləyə bilməyəcəkləri, ən yüksək keyfiyyət olaraq 720p seçə biləcəkləri, saatda 4-5 dəqiqə davam edən reklamlarla qarşılaşacaqları açıqlanıb.
“Reklamlı Əsas” adlanacaq bu plan 3 noyabr tarixindən etibarən ABŞ, Böyük Britaniya, Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Meksikada istifadəçilərə təqdim olunacaq.