"WhatsApp", qrup söhbətlərində iştirakçıların sayını 1024-ə çatdıracaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda 512 nəfərin iştirak edə biləcəyi qrup söhbətlərində iştirakçıların sayı yeniləmədən sonra 1024-ə yüksələcək.


Gündəlik ünsiyyətdə "WhatsApp"dan istifadə edən bir çox insan üçün 1024 iştirakçı yüksək rəqəm kimi görünsə də, "WhatsApp"ın ən böyük rəqiblərindən biri olan "Telegram" qrup çatlarında 200 min insanı bir araya gətirə bilir.