Meta, Facebook və İnstaqramda insanların birdən çox hesaba və profilə daxil olmasını, yaratmasını asanlaşdıracaq yeni funksiyaları təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni əlavə edilən funksiya ilə istifadəçilər həm Facebook, həm də İnstaqram arasında öz hesablarını asanlıqla dəyişə biləcəklər.


Eyni zamanda, istifadəçilər hesab mərkəzinə əlavə etdikləri hesablar arasında sürətlə keçid edə biləcəklər. Üstəlik, bu keçid İnstaqramdan Facebooka və ya Facebookdan İnstaqramaa mümkün olacaq.