"Dune Analytics"in NFT ticarət həcmini araşdırdığı hesabatda, həftəlik NFT ticarət həcminin 2022-ci ilin əvvəlindən bu yana yüzdə 98 azaldığı bildirilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Dune Analytics"in NFT ticarət həcmini araşdırdığı hesabatda, həftəlik NFT ticarət həcminin 2022-ci ilin əvvəlindən bu yana 114,4 milyon dollara düşdüyü bildirilir. Bu rəqəm yanvarın sonunda müşahidə edilən 6,2 milyard dollar səviyyəsindən 98 faiz azalma deməkdir.


NFT ticarət həcmindəki bu azalmanın ən böyük səbəblərindən birinin məşhur NFT kolleksiyası "Bored Ape Yacht Club (BAYC)"ın populyarlığının azalması olduğu təxmin edilir.