İnstaqram istifadəçilərini arzuolunmaz məzmunlardan qorumaq istəyən Meta, yeni istifadəçi nəzarətləri hazırlayır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mövzu ilə bağlı CNet-ə danışan Meta sözçüsü, istifadəçi nəzarətlərinin Instagram istifadəçilərini çılpaqlıq ehtiva edən şəxsi mesajlar kimi görmək istəmədikləri məzmundan qoruyacağını ifadə edərək, mesajların Meta da daxil olmaqla heç kimlə paylaşılmayacağını vurğulayıb.