We Are Social agenliyi dünyada sosial şəbəkə istifadəçilərinin sayını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarısında dünyada aktiv Facebook istifadəçilərinin sayı 2,91 milyard olub. Bununla da Facebook siyahıda ilk pillədə yer alıb.


Facebook-dan sonrakı pillələrdə isə 2,56 milyard istifadəçi sayı ilə Youtube, 2 milyard ilə WhatsApp, 1,47 milyard ilə Instagram və 1,26 milyard ilə Wechat yer alıb. Telegram, Twitter və Pinterest reytinqdə ilk 10-luğa girə bilməsə də, istifadəçi sayı Telegram-da 550 milyon, Pinterest-də 444 milyon, Twitter-də 436 milyon olaraq müəyyən edilib.