Reklam və marketinq dünyasında yaradıcı əməyi mükafatlandıran Felis Azərbaycan üçün müraciətlər sentyabrın 21-dən başlayacaq.


Facemark.az media tərəfdaşı olduğu festivala istinadən xəbər verir ki, hər il qəbul etdiyi müraciətlərin sayı ilə öz rekordunu qıran və 17 ildir Türkiyədə reklam və marketinq sektorunun nəbzini saxlayan Felis Mükafatları 2022 Azərbaycanda başlayır.


Layihələr 7 əsas bölmə altında qiymətləndiriləcək. Marka mesajını çatdırmaq üçün istifadə edilən orijinal və kreativ dizaynların yarışacağı "Design&Branding", ənənəvi və yenilikçi işlərinin yarışacağı "Outdoor", onlayn, innovativ, yaradıcı işlərin yer aldığı "Digital&Mobile", kreativ media işlərinin yarışacağı "Media", unikal kreativ reklam kampaniyalarının yarışacağı "Advertising Campaigns", televiziya, kino və onlayn platformalar üçün hazırlanan reklamların yarışacağı Film Sənəti bölmələri, istehsal və/və ya post-produksiyada texniki bacarıq və təcrübə qiymətləndiriləcək.


Reklam və marketinq sənayesində marketinq səylərində effektiv kreativliyin rolunu vurğulayan və yaradıcı dünyaya töhfə verən bütün komandaların nailiyyətlərini mükafatlandıran Felis Mükafatları tezliklə Azərbaycanda yaradıcılıq işləri və onların arxasında duran yaradıcı adlarla əhatə olunacaq.


Felis Azərbaycan haqqında daha ətraflı məlumat üçün Felis Azərbaycan saytını ziyarət edə bilərsiniz.