“Facebook” sosial şəbəkəsinin istifadəçiləri artıq smartfon və planşet kompüterləri üçün antivirus proqram təminatı yükləyə bilərlər. Hələ ki yalnız 2 antivirus (1 aylıq lisenziya ilə “McAfee Mobile Security” və “Norton Mobile Security Lite”-ın sınaq pulsuz versiyası) əlçatandır. Hər iki antivirus “Android” əməliyyat sistemi (ƏS) ilə işləyən mobil qurğuların müdafiəsi üçün nəzərdə tutulub.