"Snap" bütün dünyada "Snapchat" tətbiqinin masaüstü versiyası olan "Snapchat for Web"i istifadəyə verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Snap", "Snapchat"ın masaüstü versiyası olan "Snapchat for Web"i bütün dünyada istifadəçilər üçün əlçatan edib.. İyul ayında yalnız ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiyadakı "Snapchat+" istifadəçiləri üçün əlçatan olan proqram bu gündən etibarən bütün "Snapchat" istifadəçilərinə təqdim ediləcək.


Veb üçün "Snapchat" video və audio zənglərə, eləcə də mesaj və snap göndərməyə imkan verəcək. "Snapchat Lens" adlı filtrlərini və bu filtrlər vasitəsilə istifadə edilə bilən xüsusiyyətləri Veb üçün "Snapchat"a inteqrasiya etmək üzərində işləyir.