Sentyabrın 23-də Xorvatiyanın Rovinj şəhərində keçiriləcək festivala bir neçə gün qalmış münsiflər heyətinin müəyyən etdiyi mükafat qazanan layihələrlə bağlı həyəcan pik həddədir.


Facemark.az media tərəfdaşı olduğu festivala əsasən xəbər verir ki, müsabiqədə iştirak edəcək şəxslər üçün avqustun 15-də, “Young Drummers”a qatılacaq namizədlər üçün isə avqustun 30-da müraciətlər başa çatacaq. Festivala ümumilikdə 24 ölkə qatılıb. Ən sıx maraq Ukraynadan olub. Layihələr 4 əsas kateqoriya üzrə qiymətləndiriləcək: "One-Channel Drum", "Omni-Channel Drum", "Craft Drum", "Creative Business Excellence Drum". Eyni zamanda əlavə olunan iki yeni kateqoriya - "İlin Rəqəmsal Agentliyi" və "İlin İstehsal Agentliyi" bu il festival ilə görüşəcək.