Alman avtomobil istehsalçısı olan "Volkswagen"in ümumi yığıncağı "Porsche" idman avtomobil markası ilə ictimaiyyətə təqdim edilib-edilməməsi barədə qərar qəbul etmək üçün toplanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, gözlənilən qərar qəbul olunarsa, "Porche" bu ayın sonunda ictimaiyyətə təqdim olunacaq.


"Volkswagen" CFO və COO-su Arno Antlitz, Porsche-nin ən böyük səhmdarı olan "Volkswagen"in elektrikləşdirmə planlarının 52 milyard avroluq maliyyələşdirilməsi üçün birjada siyahıya alınmasının vacib olduğunu bildirib. Digər tərəfdən "Porche" ictimaiyyətə təqdim olunarsa, dəyərinin 85 mln. avroya yüksələcəyi proqnozlaşdırılır. Bu da Almaniya tarixində indiyə qədər olan ən bahalı təqdimat kimi tarixə düşəcək.


Qeyd edək ki, ötən həftə bu mövzunun bəzi investorlar arasında mübahisəyə səbəb olduğu deyilirdi. Çünki investorlar Rus-ukrayna müharibəsinin yaratdığı qeyri-müəyyənlik və enerji xərclərindən ötrü ictimaiyyətə təqdimatın yalnış bir vaxt olduğu fikirində idilər.