İnflyasiya dalğasının təsiri altında qalan şirkətlər büdcədə azalmalara gedir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, həmin şirkətlərdə ya işə qəbul dayandırılır və ya da işdən çıxarmalar artır.
İnflyasiya ilə əlaqədar səhm qiyməti təqribi 80% aşağı düşən məşhur sosial media platforması olan "Snapchat" şirkəti də işçilərinin 20%-i ixtisar edir.
Şirkət səhmlərində kəskin azalma ilə bərabər may ayında işə qəbulu yavaşladacağını və maliyyəni azaldacağını açıqlamışdı. Ümumilikdə 6400 işçinin təxminən 1300-nə təsir edəcək ixtisarlara əlavə olaraq, "Snapchat"a daxil olan bəzi mini-oyunların və tətbiqlərin ixtisarı, silinməsi də büdcə daralma planına daxil edilib. Məsələn, "Snachat"ın 2017-ci ildə aldığı sosial xəritəçəkmə proqramı olan "Zenly" də dövriyyədən çıxarıla bilər.
"Snap" sözçüsü Russ Caditz-Peck, "The Verge"də xəbərlərində elan edilən ixtisarlar ilə bağlı xəbərlərə şərh verməkdən imtina edib, buna görə də məsələ ilə bağlı qeyri-müəyyənlik davam edir.