Serbiya istehsallı, Avropanın bir çox ölkəsində satılan, yeyilən, sevilən Jaffa şirniyyat məhsulları artıq Azərbaycan bazarına təşrif buyurub. Məhsullarının keyfiyyəti və dadından arxayın olan serblər Azərbaycan bazarına imic tipli TV çarx ilə girməyi qət ediblər. İmic kampaniyanın kreativinin hazırlanması son zamanlar adını tez-tez eşitdiyimiz Brandbox reklam və marketing agentliyinə həvalə olunub. “Bənzərsiz dad, Bənzərsiz Cazibə!” –konsepsiyası əsasında çəkilmiş çarxda Jaffa məhsullarının müxtəlif yaş qruplarına xitab etdiyini göstərmək üçün XəzərTV-də yayımlanan “Aramızda Qalsın!” serialının əsas qəhrəmanları -Rüstəmlilər ailəsi- yer alıblar. 30 saniyəlik TV-çarxın hazırlanmasında “Brandbox” “Cineallience” şirkəti ilə əməkdaşlıq edib. 6 Dekabrdan ATV, XəzərTV və Space kanallarında yayıma çıxan çarxın rejissoru Steven Lovy, operatoru isə Doğan Sarıgüzeldir. Kampaniya üçün TVC-dən əlavə billboard, poster, POS materiallar və s. hazırlanmışdır.