Cənubi Koreyada yerləşən "Tridge", "DS Asset Management Tan"dan 37 milyon dollarlıq investisiya alıb. Bu investisiya ilə şirkətin dəyəri 2,7 milyard dolları keçdi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu günə qədər cəmi 111,7 milyon dollar sərmayə alan və daha əvvəl "SoftBank" tərəfindən dəstəklənən "Tridge", yeni investisiyadan xaricə genişlənməsini sürətləndirmək üçün istifadə edəcəyini açıqlayıb.


Şirkətin öz veb saytına görə, "Tridge" alıcıların təchizatçıları nəzərdən keçirə və sövdələşmələr aparmaq üçün birbaşa əlaqə saxlaya biləcəyi bir təchizatçı kataloqu, həmçinin qida və kənd təsərrüfatı sənayesini daha yaxşı anlamağa kömək edə biləcək məlumatlar təqdim edir.