Sosial şəbəkələrdə ticarət nişanlarının iştirakı artıq çoxdandır ki, təəccübləndirmir. İri şirkətlər müştərilərlə əlaqədə bu alətdən birincilər sırasında istifadə etməyə başladılar. Əgər əvvəllər sadəcə İnternetdə olmaq kifayət idisə, indi irəliləmə üzrə menecerlərin qarşısında ticarət nişanına loyal münasibəti formalaşdırmaq kimi məsələ də durur.



Əsas məqamlar

“Twitter” də daxil olmaqla, bütün sosial şəbəkələr, satışa deyil, ünsiyyət qurmaq üçün yaradılıblar. Maraqlı ünsiyyət üçün isə sizə öz üslubunuzu tapmaq lazımdır. Ən yaxşısı kanalın tərtibində standart sazlamaları dəyişməkdən başlamaqdır.

Baş səhifəyə aşağıdakıları əlavə edin:


  • Titul şəklini
  • Şirkətin adı
  • Loqotip
  • Rəsmi səhifəyə keçid
  • Fəaliyyətinizin qısa təsviri
  • Arxa fonu dəyişdirin




Məlumatın təqdim edilməsi üslubu da tanınan və sizin şirkəti fərqləndirən olmalıdır. Yazınıza (tvitinizə) müəyyən əhval-ruhiyyə ötürməyə çalışın, belə olduqda, onu daha çox adam öz xəbərlər lentində dərc edər.

Reklam xarakterli xəbərlərdən sui-istifadə etməyin – reklamların çoxluğu kanalınızdan uzaqlaşmağa əlavə bəhanə ola bilər. İstifadəçilərə maraqlı və faydalı məlumatı toplamağa çalışın.

Tədqiqatlar göstərir ki, istifadəçilər sosial şəbəkələri daha çox axtarış sistemlərinin əvəzi kimi nəzərdən keçirirlər. Yazılarınızda sizin biznesi İnternetdə axtararkən istifadə olunan açar sözlərdən (“twitter”də onun adı – “heşteqlərdir”) istifadə etməyə çalışın.

Müştərilərinizə və sizin ticarət nişanının adını çəkən insanlara həmişə cavab verin. Bunu izləmək kifayət qədər sadədir – “twitter-axtarış”da şirkətinizin və ya profilinizin adını yazın.

İstifadəçiyə cavab verərkən, onun adını yazının hansı yerində qeyd edəcəyiniz mühüm əhəmiyyət kəsb edir. Adı əvvəldə qoymaq olar:





“Тwitter” bu hərəkəti istifadəçiyə cavab kimi qiymətləndirir və həmin yazını siz, sizin kanala abunə olan abunəçilər və istifadəçilər görəcək.

Əgər ad istənilən başqa yerə qoyulursa, onda bu xatırlatma sayılır. Belə yazını yalnız abunəçiləriniz görəcək.

Ticarət nişanının irəliləməsi üçün heşteqlərdən istifadə

Əgər siz sosial mühitə dərindən nüfuz etmək istəmirsinizsə, ünsiyyətin gizli qaydalarını diqqətdən kənarda saxlamaq lazım deyil. Siz məktuba heşteq əlavə etməklə, istifadəçilərə gündəlik yaranan külli miqdarda tvitlər içərisində, onlara maraqlı olan xəbərləri tapmaqda kömək edirsiniz. Əgər siz heşteqlə qeyd edilən sözün üzərinə bassanız, belə işarəsi olan tvit lentinə keçəcəksiniz. Heşteqlər yazının istənilən hissəsində yerləşə bilər.






Ticarət nişanının irəliləməsi üçün öz heşteqini tapmaq və ya ən yaxşı irəliləyən məhsulun yaxud ticarət nişanının adını öyrənmək olar. #heşteqlərdən istifadə ilə tvitlər istifadəçilərin yazınıza cəlb edilməsini 2 dəfə artırır. Onlardan sui-istifadə etmək lazım deyil! Bir yazıda 1-2 ədəddən çox olmasın.

Şəxsi heşteqi yaradarkən aşağıdakıları yadda saxlamaq lazımdır:


  • Sadə
  • Aydın
  • Qısa
  • Asan canlandırılan
  • Nadir (yoxlamaq üçün onu “twitter-axtarış”a yazın)

Heşteqləri yazıda orijinal sözlər əvəzinə yazmaq mümkün olduqda, xüsusən uğurlu sayılırlar.

Heşteqdə aşağıdakılar ola bilər:


  • Rəqəmlər (əgər heç olmasa bir hərfdən istifadə olunursa)
  • “_” aşağı xətt simvolu

Heşteqdə aşağıdakılar ola bilməz:


  • Simvollar ~ ` ! @ # $ % ^ & * () = +
  • Boşluqlar

Əgər “twitter” icmasında sizin şirkəti xatırladacaq heşteq yarada bilsəniz, onda insanlar ticarət nişanının adı çəkiləndə, daim ondan istifadə edəcəklər.

Lakin öz heşteqindən istifadə, digər populyar heşteqlərin tətbiqini dayandırmaq demək deyil. Sizin sahədə daha çox hansısa mühüm hadisələr baş verir. Onların əksəriyyəti rəsmi heşteqlərə malikdirlər. Əgər siz diqqət mərkəzində olmaq istəyirsinizsə, onda onlardan istifadə etmək və ya mükaliməyə girmək istəsəniz, heç kəs buna etiraz etməyəcək.

Yazıları yerləşdirmək vaxtı və onların tezliyi

“Twitter” istifadəçiləri gündə 340 mln. tvit generasiya edirlər. Ekspertlər xəbərlərin və cavab tvitlərinin sayının təhlili sayəsində aşağıdakıları müəyyən etdilər:


  • Yazı üçün ən yaxşı vaxt – bazar ertəsindən cümə axşamına qədər saat 13.00-dan 15.00-a qədərdir.
  • İstənilən gün saat 20.00-dan və cümə günləri saat 15.00-dan sonra məqalələrə istinadları göndərməyə dəyməz.
  • “Twitter”dən İnternet səhifəsinə ən çox keçidi bazar ertəsindən cümə axşamına qədər saat 09.00-15.00-da əldə etmək mümkündür.





“Booz and Co” Tədqiqat Şirkətinin təqdim etdiyi hesabatda xəbərlərin yazılması üçün ən yaxşı vaxtın şənbə və bazar günləri olduğu göstərilib. İstifadəçilər adi günlərdən fərqli olaraq istirahət günləri özlərini 17% daha fəal aparırlar. İstirahət günləri, hətta işdə heç kəs olmadıqda belə, tvitləmək üçün yazılarınızın avtomatlaşdırılması məqsədilə alətlərdən istifadə edin.

Həmin hesabata əsasən, tvitlər üçün ən yaxşı günlər fəaliyyət sahəsindən asılıdır.


  • Geyim və dəb: ideal vaxt – şənbə və bazar günləridir
  • Əyləncə: əsas günlər – bazar və bazar ertəsidir
  • KİV: ən yaxşı gün – şənbədir
  • İdman: bazar günləri, xüsusən, böyük oyunlar keçiriləndə tvitləyin.

Tvitterinizdə eyni yazını nə qədər tez-tez təkrarlayırsınız və ya yeni xəbəri hansı tezliklə əlavə edirsiniz sualına isə mütəxəssislərdə dəqiq cavab yoxdur.

“Alltop”un başçısı Guy Kawasaki (milyondan yuxarı abunəçi) belə cavab verir:

“Tvitlərinizi hər 8 saatdan bir, 4 dəfə təkrarlayın. Bu zaman sizin həmişə ardıcıllarınızın 0,1%-ni məyus etmək şansınız var”.

Unutmayın ki, “Twitter”dən daimi istifadə etməyənlər sizin məlumatları izləyə bilmirlər. Başlıcası, xəbərin aktuallığıdır. Optimal – gündə dörd dəfədən az olmamaq şərtilə tvitləmək kifayətdir.






Biznesinfo